Mərkəzimizin həkim kollektivi arasında 28 May Respublika Gününə həsr olunmuş futbol yarışı keçirilib

Mayın 23-də Bakı Sağlamlıq Mərkəzinin həkim kollektivi arasında 28 May Respublika Gününə həsr olunmuş futbol yarışı keçirilib. Mərkəzin icraçı direktoru Asiman Həsənov təşəbbüs barədə danışıb. O, yarışın klinika kollektivinin təşəbbüsü ilə baş tutduğunu bildirib: “30 illik həsrətimiz sona çatdı. Qarabağımızın geri qaytarılmasından sonra ilk müstəqillik bayramını qeyd edirik. 28 Maya həsr edilən yarışlar bundan sonra da keçiriləcək”. Asiman Həsənov qeyd edib ki, bu cür yarışların Türkiyənin, həmçinin digər türkdilli dövlətlərin tibb işçiləri arasında keçirilməsi də gözlənilir: “Son illər türkdilli dövlətlərin münasibətləri inkişaf edir. Bu baxımdan gələcəkdə maraqlı tədbirlərin təşkili mümkündür”.

Diqər xəbərlər